Sürüşmə səbəbindən bağlanan yol nə vaxt açılacaq? VİDEO

29.07.2026

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təxminən dörd ay əvvəl paytaxtın Səbail rayonu, Badamdar yamacında baş verən sürüşmə səbəbindən avtomobil yolunda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. Lakin hadisədən aylar keçməsinə baxmayaraq, yol hələ də bağlıdır.

AZXEBER.COM-un xezerxeber.az-a istinadən məlumatına görə, təhlükəsizlik məqsədilə bağlanan yolda nə iş görülür, nə də istifadəyə verilir.

Sakinlərin sözlərinə görə, yolun aylardır bağlı qalması onların gündəlik hərəkətinə ciddi çətinlik yaradır. Bu səbəbdən getməli olduqları məsafə uzanır, mənzil başına çatmaq üçün xeyli əlavə yol qət etməli olurlar.
53 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslar da yolun bağlı olması səbəbindən hərəkət istiqamətini dəyişmək məcburiyyətində qalıb. Sürücülər deyirlər ki, avtobuslar daha uzun məsafə qət edir və bu da vaxt itkisinə səbəb olur.

Fövqəlada Hallar Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılıb. Hazırda araşdırma tədbirləri və layihələndirməyə hazırlıq işləri görülür. Əlavə məlumat veriləcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью