Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir. Fövqəladə Hallar Nazirliyi yolların buz bağlaması ilə bağlı piyadalara müraciət ü
Yeniavaz.com xəbər verir ki, həmin müraciətdə yollar buz bağlayan zaman piyadaların etməli olduqları ilə bağlı bəzi tövsiyələr yer alıb.
Həmin tövsiyələri təqdim edirik: - ayaqqabını sürüşməyə qarşı hazırlayın - ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın.
Altlığı qum və ya sumbata kağızı ilə sürtün; - ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin.
Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır; - yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur; - sürüşsəniz, zərbənin gücünü azaltmaq ücün oturun; - yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun; - sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.