Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub.
Axşam.az xəbər verir ki, layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçılar onların komandalarında mübarizə aparacaqlar.
Qalibə 10 milyon türk lirəsi (təxminən 345 min manat) mükafat veriləcək.
Qeyd edək ki, "Survivor 2027"nin yanvarda yayımlanması gözlənilir.