Survivor Ayşə Yüksəl evləndi FOTOLAR

24.08.2026

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Survivor” proqramı ilə geniş auditoriyaya tanınan Ayşə Yüksəl uzun müddətdir birlikdə olduğu sevgilisi Sercan Saray ilə ailə qurub. 
Demokrat.az
xəbər verir ki, cütlük evlilik yolunda ilk addımı Maldiv adalarında atıb. Təzə gəlin toy mərasimində seçdiyi qayıq yaxalı, şahzadə kəsimli gəlinliyi və zərif görünüşü ilə sosial şəbəkələrdə diqqət çəkib.
Maldivdə gələn sürpriz evlilik təklifini sosial media hesabında “Hə dedim” qeydi ilə paylaşan Yüksəl qısa müddətdə izləyicilərindən böyük maraq görmüşdü. Evlilik təklifindən sonra cütlük ailə arasında keçirilən sadə nişan mərasimində üzüklərini taxıb. Yüksəl həmin mərasimdən görüntüləri də sosial şəbəkələrdə izləyiciləri ilə bölüşüb.
Təzə gəlin nişan mərasimində sadə libası və təbii görünüşü ilə də bəyənilib.
Nişan mərhələsindən sonra hazırlıqlarını tamamlayan cütlük keçirilən toy mərasimi ilə həyatlarını birləşdirib.
Ayşə Yüksəl toy günü çiyinləri açıq qalan qayıq yaxalı, korset detallı və şahzadə kəsimli gəlinlik seçib. Zərif görünüşü ilə diqqət çəkən Yüksəlin gəlinliyi pərəstişkarları tərəfindən də böyük rəğbətlə qarşılanıb.
Cütlüyün xoşbəxt anları sosial şəbəkələrdə çoxsaylı təbrik mesajları ilə qarşılanıb.






Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью