Survivor dan sonra bu açıqlamanı verdi Video

11.02.2026

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Doğuş Acun Ilıcalının məşhur "Survivor" yarışmasına qatılıb və bir neçə gün əvvəl oyundan uzaqlaşdırılıb. 

Axşam.az-ın məlumatına görə, Doğuş videoaçıqlama yayımlayıb. O, efirə getməyən müsahibəsini izləyiciləri ilə bölüşüb. 

"Yarışmadan əvvəl ciddi bir çəki problemim var idi. Yarışmada həmin artıq çəkiləri atdım. "Survivior"a başlama səbəbim gözəl oldu. İdmanı atdım, kilo aldım. İndi bir daha kilo almamağı düşünürəm. Deyirlər, uzaqlaşdırılmağa layiq idin? Yəqin layiq olduğum üçün oyundan çıxarıldım" deyə, Doğuş bildirib. 

Qeyd edək ki, müğənni aparıcı Xoşqədəm Hidayətqızı ilə ailəlidir. Onun bu nikahdan Arın və Arda adlı iki övladı var. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью