Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Survivor" qalibi Hilmi Cem İntepe nişanından ilk fotoları paylaşıb.
BAKU.WS xəbər verir ki, o uzun müddətdir eşq yaşadığı Pırıl Atasevə Londonda evlilik təklifi etmişdi. Cütlük evlilik yolunda ilk addım ataraq aprelin 3-də nişanlanıb.
Hilmi lentə alınan fotoları isə sosial şəbəkədə hələ yeni paylaşıb.
"Özəl günümüzdə yanımızda olan və xoş arzuları ilə bizi sevindirən hər kəsə ürəkdən təşəkkür edirik. İlk addım atıldı" - deyə o paylaşıma qeyd edib.
Sosial şəbəkə istifadəçiləri Hilmi və Pırıl cütlüyünə xoş sözlərini bildirərək onları təbrik ediblər.