Survivor un qalibi o seçildi

22.05.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Survivor" yarışmasının çəkilişləri zamanı baş verən dəhşətli hadisə layihənin vaxtından əvvəl başa çatmasına səbəb olub.
Demokrat.az bildirir ki, məlum olduğu kimi Dominikan Respublikasında balıq ovlayarkən ağır xəsarət alan yunanıstanlı iştirakçı Stavros Florosun ayağı amputasiya edilib.
Hadisənin ciddiliyini nəzərə alan yayım şirkəti "Survivor 2026" yarışmasının rəsmi olaraq yekunlaşdığını elan edib.
Təşkilatçılar final gecəsində rəmzi addım ataraq çempion adını elə Stavros Florosa veriblər. Layihə rəhbərliyi onu "əsl Survivor" adlandıraraq 250 min avroluq baş mükafatı iştirakçıya təqdim edib.
Ayağını itirən yarışmaçının müalicəsi hazırda ABŞ-nin Mayami şəhərində aparılır.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью