Survivorda böyük mübarizə Azərbaycanda da gözlənilir

19.12.2024

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Məşhur Survivor yarışmasının yeni mövsümü Survivor All Star 2025, yanvarın 1-də TV8 ekranlarında yayımlanacaq.

Musavat.com xəbər verir ki, Azərbaycanda da maraqla izlənən yarışma proqramı hər zaman olduğu kimi, bu mövsüm də tamaşaçıları ekran qarşısına kilidləyəcək. Güclü yarışmacılar və unudulmaz anlarla dolu bir mövsüm gözlənilir.

Yarışmacıların siyahısı açıqlandı

Yeni mövsümün iştirakçıları keçmişdə öz performansı ilə seçilən güclü adlardan ibarətdir. Bu il yenə də "All Star" və "Könüllülər" komandaları arasında maraqlı mübarizələr baş tutacaq.

All Star Komandası:

Zeynəb Alkan

Serenay Aktaş

Batuhan Karacakaya

Adem Kılıçcı

İsmayıl Balaban

Ayşə Yüksəl

Səma Aydəmir

Barış Murat Yağcı

Yağmur Banda

Könüllülər Komandası:

Tuğba Yeni

Dilşah Kurt

Batuhan Gökgoz

Məvlüt Koçak

Göksu Küçükali

Adilhan Numan

Kaan Kazgan

Kübra Avcı

Yarışmanın tanıtım videosu artıq yayımlanıb və böyük marağa səbəb olub. Fragmanda güclü mübarizələrdən və unudulmaz anlardan fraqmentlər nümayiş olunub.

Survivor All Star 2025 yanvarın 1-də start götürür və böyük maraqla gözlənilir. Güclü rəqabət, əyləncə və dramatik anlarla dolu mövsüm tamaşaçıları valeh edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью