Surxay Hüseynli vəfat etdi

25.09.2026

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Tanınmış jurnalist Surxay Hüseynli vəfat edib.

Milli.Az xəbər verir ki, o, uzun müddət xəstəlikdən əziyyət çəkib.

Qeyd edək ki, 1955-ci il oktyabrın 18-də Zərdabın Pərvanlı kəndində anadan olan Surxay Hüseynli Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Mingəçevir işıqları", "Ülfət" qəzetlərində çalışıb, "Azadlıq" qəzetində siyasət şöbəsinin müdiri, redaktor müavini, redaktorun birinci müavini vəzifələrini tutub.

Milli azadlıq hərəkatında fəal iştirakı ilə tanınan Surxay Hüseynli 1992-1993-cü illərdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью