Şuşa 4 futzalçı ilə anlaşıb

16.01.2025

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın Yüksək Liqasının debütantı “Şuşa” 4 futzalçı ilə anlaşıb.

"Report" Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Neftçi” İK-dan ayrılan Nüsrət Fərzəli və Sadegh Javiditabar mövsümün qalan hissəsini “Şuşa”nın heyətində keçirəcək.

Onlardan başqa, Emil İsrəfilov və Xalid Səfərov də bu komandaya keçib. Hər iki futzalçı “Yasamal Bakı”da çıxış edirdi. Yeni gələnlərlə bərabər komandadan ayrılanlar da var. Elvin Qasımov, Feruz Həsənov, Ceyhun Nağıyev və Sabir Hacıəliyev başqa klublarda çıxış edəcəklər.

Qeyd edək ki, “Şuşa” 8 oyundan 6 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью