Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli Məclis fevralın 1-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi ilə bağlı qanun layihəsi təsdiq etdi.
Bununla da 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı tarixi sənəd ali qanunvericlik orqanı tərəfindən hüquqi status almış oldu.
Yaxın günlərdə Türkiyə Böyük Millət Məclisi də Şuşa Bəyannaməsinə dair qanun layihəsini təsdiqləyəcək.
Beləliklə, iki qardaş ölkə olan Türkiyə və Azərbaycan münasibətlərinin rəsmi şəkildə müttəfiqlik səviyyəsinə qaldırılması qanunla tənzimlənəcəkdir.
Beləliklə, parlament tərəfindən təsdiq edilmiş Şuşa Bəyannaməsi iki qardaş ölkənin müttəfiqliyik nümunəsinin məntiqi zirvəsinə yüksəlişi deməkdir.
Bu sənədin təsdiqi ilə birgə həm də regionda yeni inkişaf mərhələsinin əsası qoyulur.Şuşa Bəyannaməsi siyasi-diplomatik, milli-mənəvi, həm də hərbi-strateji əhəmiyyət kəsb edir.
Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı və bütün dünya bu reallığın şahidi oldu.