Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru vəfat edib

18.11.2025

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradov vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə teatrın "Facebook" sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, o, müalicə aldığı xəstəxanada həyata gözlərini yumub.

Xatırladaq ki, səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-də xəstəxanaya yerləşdirilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью