Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəki
Bu qələbə təkcə ərazi bütövlüyünün bərpası ilə yekunlaşmadı, həm də beynəlxalq hüququn tətbiqinə dair praktik presedent yaratdı.
Azərbaycanın siyasi iradəsi artıq təkcə regionda deyil, qlobal miqyasda da qəbul olunan fakta çevrildi.
Şuşa Qlobal Media Forumu bu iradənin və beynəlxalq nüfuzun təcəssümüdür.
Foruma ev sahibliyi edən Xankəndi – Azərbaycanın suverenliyi, mədəniyyəti və geosiyasi nüfuzunun simvoludur.
Artıq ənənə halını alan bu platforma təkcə media müzakirələri ilə məhdudlaşmır, həm də Azərbaycanın artan beynəlxalq təsir gücünün real təzahürlərindən birinə çevrildi.
Forumda müzakirə olunan mövzular – informasiya təhlükəsizliyi, süni intellekt dövründə medianın dayanıqlılığı və rəqəmsal suverenlik – qlobal çağırışlarla səsləşir.
Bu isə Azərbaycanın informasiya sistemində “istehlakçı” mövqeyindən çıxaraq, “formalaşdırıcı aktor” statusu qazandığını göstərir.