Şuşa mənəvi ucalıq, qəhrəmanlıq şəhəri! | Icma.az
Icma.az bildirir, Xalq qazeti portalına istinadən. 8 Noyabr Zəfər Günü Şuşada inzibati binanın qarşısında təntənəli konsert keçirilib.
Konsertdə respublikanın əməkdar artisti Mətanət İsgəndərli, Fikrət Əmirov adına Dövlət Rəqs Ansamblı, Gülay Zeynallı və digər müğənnilər musiqili proqramla çıxış ediblər.
Konsertin sonunda atəşfəşanlıq olub. Bu xəbəri oxuyanda yaddaşımda 4 il əvvəl Şuşanın düşməndən azad edilməsi ilə bağlı keçirdiyim həyəcanlı
Bəli, bu gözəl, bənzərsiz şəhərin, sadəcə hər dəfə adı səslənəndə belə dünyalar qədər sevinirik.
Onun dünəni də, bugünü də bizim üçün çox əzizdir, doğmadır, müqəddəsdir. Bura Şuşadır!
O, xan qızı Natəvanın, Böyük Üzeyirin, əvəzsiz və bənzərsiz səsli Bülbülün və Xanın yurdudur!
Bura hər birimiz üçün Vətənimizin ən gözəl və ən munis guşəsidir. Onun 28 il düşmən əsarətində qalması ürəyimizi sızladırdı.
İlahi ədalət öz yerini tapmalı idi və tapdı da! Bu, xoşbəxt gün 2020-ci ilin noyabrın 8-də baş verdi.
Tam oxu
Xəbəri oxu