Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Futzal üzrə yüksək liqada mübarizə aparan “Şuşa”nın 16-cı turda U-19-a qarşı oyunda meydana çıxmadığını, bu səbəbdən 0:5 hesablı texniki məğlubiyyətlə üzləşdiyini xəbər vermişdik. Qarabağ təmsilçisinin baş məşqçisi Ramil Hüseynov səbəbi maliyyə çatışmazlığıyla əlaqələndirmiş, federasiyanın ödənişləri vaxtında etmədiyini bildirmişdi.
Məlum olduğu kimi, aprelin 23-də 17-ci turun oyunları keçirilməli, “Şuşa” “Araz-Naxçıvan”la qarşılaşmalıdı. Bəs, komanda məşqlərə başlayıbmı? Maliyyə problemi aradan qaldırılıbmı?
Bu suallarla federasiyanın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Komandayla görüş keçirilib. “Şuşa” hazırda məşqləri davam etdirir. Federasiya komandanın xərclərinin bir qismini qarşılaşıyır. “Şuşa”ya bildirilib ki, ödəniş yaxın günlərdə olacaq”.
KƏNAN BAHADIR