Şuşa Peşə Təhsili Mərkəzinin təmirinə 6,4 milyon ayrılacaq

27.12.2024

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Şuşa şəhər Peşə Təhsili Mərkəzinin əsaslı təmiri işləri aparılacaq.

Axar.az Trend-ə istinadən xəbər verir ki, artıq bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi hazırlıq işlərini yekunlaşdırıb.

İdarə sözügedən işlərin icrasını “İdeal TM” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və onunla dəyəri 6,4 milyon manat olan müqavilə bağlayıb.

Qeyd edək ki, Peşə Təhsili Mərkəzinin əsaslı təmir işlərini icra edəcək “İdeal TM” (QSC) 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan QSC-nin qanuni təmsilçisi Əliyev Əfqan Tapdıq oğludur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью