“Şuşa Qarabağın incisi” elektron məlumat bazasının təqdimatı olub AZƏRTAC

20.11.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-də Milli Kitabxanada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Şuşa - Qarabağın incisi” elektron məlumat bazasının və ənənəvi kitab sərgisinin təqdimatı keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, müxtəlif bölmələrdən ibarət olan elektron məlumat bazasında təqdim edilən sənədlər tam mətnləri ilə verilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Qarabagin_incisi.en/index.html linkindən istifadə edə bilərlər.

Ənənəvi kitab sərgisində isə Şuşanın qədim tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, ənənələri və qədim mədəni abidələrinin bərpası, Vətən oğullarının şərəfli döyüş yolları, göstərdikləri şücaətlər və digər mövzulardan bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью