Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mahir Süleymanlı Milli Məclisin deputatı Qarabağın tacı Şuşa şəhərində keçirilən III Qlobal Media Forumu Azərbaycanın dəyişən qlobal geosiyasi arxitekturada strateji mövqeyini aydın şəkildə nümayiş etdirir.
52 ölkədən 140-a yaxın xarici nümayəndənin, o cümlədən 30-dan çox nüfuzlu informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumunun iştirakı Forumun qlobal informasiya mühitində yaratdığı rezonansı əks etdirir.
Sessiyalar çərçivəsində media dayanıqlılığı, dezinformasiya ilə mübarizə, rəqəmsal transformasiya və süni intellektin jurnalistikaya təsiri kimi mühüm məsələlər müzakirə olunub, praktik yanaşmalar və əməkdaşlıq imkanları dəyərləndirilib.
Prezident İlham Əliyevin Forumda çıxışı Azərbaycanın gələcək inkişaf trayektoriyası, beynəlxalq münasibətləri və regional iqtisadi-siyasi planları barədə mühüm tezislərlə yadda qalıb.
Süni intellektin sürətlə inkişaf etdiyi dövrdə informasiya təhlükəsizliyi və media dayanıqlılığı hər bir ölkənin strateji gündəliyinə çevrilməlidir.
Forumun mövzusu da məhz bu çağırışlara cavab verməyə yönəlib.
Medianın əsas vəzifəsi yalnız xəbərləri yaymaq deyil, həm də ictimai şüuru formalaşdırmaq və dezinformasiyaya qarşı immunitet yaratmaqdır.