Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq. 2025-ci il iyulun 19-21-i tarixlərində Şuşa şəhərində “Rəqəmsal Yollar: Süni İntellekt
Artıq üçüncü ildir ki, 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrinin iştirakı ilə Şuşa ş
Bu forum beynəlxalq səviyyəli tədbir kimi formalaşmaqla, müasir medianın qlobal çağırışlarına cavab axtarılan, açıq müzakirələrin aparıldığı
Şuşa Qlobal Media Forumu təkcə Azərbaycanın deyil, bütövlükdə regionun media məkanında mühüm hadisəyə çevrilmişdir.
2023-cü ildən Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil olunan bu forum, qısa müddət ərzində beynəlxalq jurnalistika və media siyasəti sahəsində nüfuzlu bir platforma statusu qazanmışdır.
Prezident İlham Əliyev forumun açılışında çıxış edərək, bu tədbirin artıq bir ənənəyə çevrildiyini və gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğuladı.
Prezident çıxışında Azərbaycanın iqtisadi inkişafından, xarici borcun ÜDM-in 6.9%-nə endirilməsindən və yoxsulluğun 49%-dən 5%-ə qədər azaldılmasından bəhs etdi.Forumda süni intellektin media sahəsində yaratdığı imkanlar və risklər müzakirə olundu.
Prezident Əliyev, saxta xəbərlərin yayılmasının cəmiyyətə və fərdlərə ciddi təhlükə yaratdığını qeyd edərək, bu məsələnin beynəlxalq səviyyədə tənzimlənməsinin vacibliyini vurğuladı.