Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı ilin sentyabr ayından Qarabağ Universitetinin İncəsənət fakültəsi fəaliyyətinə Şuşa Realnı Məktəbinin yerləşdiyi binada davam edəcək.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Qarabağ Universitetində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.
O, həmçinin bildirib: "Şuşada yerləşən ən böyük tarixi abidə məhz təhsil məqsədi üçün ayrılıb.
Biz bunun üçün ölkə rəhbərliyinə təşəkkür edirik”. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.