Şuşa sakini: Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq

21.12.2024

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Əsl şuşalıyam. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq".

Bunu APA-ya müsahibəsində Şuşa şəhərinə köçən sakin Elmira Rəhimova deyib. O, Şuşaya köçməyin sevincini bölüşüb:

"Şəhidlərimizin qarşısında baş əyirik ki, Şuşa kimi torpağımızı bizə qaytarıblar. Böyük sevinc və qürurla evimizə qayıdırıq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью