Şuşa sakini: Biz Cıdır düzündə gözləyəndə xəbər gəldi ki, vertolyotu Kərkicahan üzərində v…
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Artıq dörd ildir ki, işğaldan azad olunan ərazilərimizdə çalışıram və bundan qürur duyuram".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Cəmilə Məmmədova deyib.
O bildirib ki, bu gün sevincli olmaqla yanaşı, həm də kədərlidir: "Bakıda Xəzər rayonu Şüvəlan qəsəbəsidə yerləşən "Qaranquş" sanaroriyasında köçkünlük həyatı sürmüşük.
Bu gün çox sevinirik ki, öz doğma yurdumuza qayıdırıq, özü də həmişəlik. Bu gün həm də qəhərliyəm, kədərliyəm.
Çünki neçə-neçə doğmamız, yaxınlarımız Şuşa deyərək bu dünyadan köçdülər, torpaqlarımız işğal olunanda əzizlərimizi itirdik.
Şuşadan çıxdığımız günü xatırlayıram. Cıdır düzündə vertolyot gözləyirdik ki, gəlib bizi o güllə yağışının altından çıxartsın.
Elə o vaxt xəbər gəldi ki, Kərkicahanda bizim vertolyotun biri vuruldu. O hadisədə mənim üç ən yaxınım şəhid oldu.
Tam oxu
Xəbəri oxu