Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat edib

18.10.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov vəfat edib.

Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib.

Daşaltı kəndində oğurluq faktı ilə bağlı əraziyə baxış keçirən zaman onu elektrik cərəyanı vurub və nəticədə ağır xəsarətlər alıb.

Xəstəxanaya çatdırılan polis mayorunun həyatını xilas etmək üçün tibbi müdaxilələr edilib, aldığı xəsarətlər səbəbindən qolları amputasiya olunub. Uzun müddət müalicə alan Fərəc Həsrətov bu gün xəstəxanada dünyasını dəyişib. (Trend.az)

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью