Şuşa şəhərində əhali istiliklə necə təmin edilir? AÇIQLAMA | Icma.az
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Bakı. Trend: Şuşa şəhərinə bir neçə gündür qar yağır.
Bəs, hazırda şəhərdə istilik təchizatı necə təmin edilir? "Azəristliktəchizat" ASC-dən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, res
"Şuşa şəhərində Cəmiyyətə məxsus olan 7 qazanxana fəaliyyət göstərir.
Hər bir qazanxananın ümumi gücü 8110 kVt/saat təşkil edir ki, bu da şəhərin istilik təchizatı üçün lazımi gücü təmin etməyə imkan verir.
2025-2026-ci illər payız-qış mövsümü ərzində ümumilikdə 20-yə yaxın inzibati və sosial təyinatlı bina fasiləsiz olaraq istilik enerjisi və isti su ilə təmin edilməkdədir", - məlumatda qeyd olunub.
Qeyd edək ki, hazırda dağ rayonlarında 34 qazanxana vasitləsilə 1149 mənzilli 34 yaşayış binası, 15 orta məktəb, 3 uşaq bağçasının, 2 səhiyyə müəssisəsinin, 14 sosial və təsərrüfat hesablı obyektlər "Azəristiliktəchizat" ASC-nin istilik mənbələrinə qoşulub.
Fərid Zöhrabov Milli.Az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu