Şuşa Teatrında “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunacaq

05.12.2024

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Dekabrın 7-də Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində uşaqlar üçün “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunacaq.

Teatrdan Kulis.az-a bildirilib ki, ərəb nağılının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Səhnə əsərində rolları Emin Sevdimalıyev, Türkay Cəfərli, Gündüz Qasımov, Nihad Heybətov, Zəhra Salayeva, Günel İmanova, Mobil Qurbanov və digər aktyorlar canlandıracaqlar.

Bizi telefon pozmayıb, əvvəldən belə olmuşuq Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri Məşhur reperə ağır itki
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью