Icma.az bildirir, 525.az portalına istinadən.
“İndoneziyanın Cocakarta şəhəri ilə Şuşanın qardaşlaşması istiqamətində iş aparılır”.
525.az xəbər verir ki, bunu İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi bildirib.
O deyib ki, Cocakarta İndoneziyanın zəngin tarixə malik, ölkə sivilizasiyasında mühüm rol oynayan şəhərlərindən biridir. Şuşa isə Azərbaycanın mədəniyyət və incəsənət beşiyi kimi tanınır. Bu iki şəhər arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulması mədəni və humanitar əlaqələrin inkişafına mühüm töhfə verə bilər.
Səfir deyib ki, artıq İndoneziyadan üç tələbə Qarabağ Universitetində təhsil alır.
Pərvanə Sultanova