Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Noyabr ayının 2-də mənim taboruma Şuşanın arxasına keçmək və Xankəndindən gələn yolu bağlamaq, ən sonda Şuşaya girmək tapşırığı verilmişdi.
Heyətimlə birlikdə səsiz, düşmənin ağlına belə gəlməyəcək, heyvan ayağı belə dəyməmiş yollardan keçərək Laçın koridoruna yaxınlaşdıq.
Laçın koridorunun üstü erməni mənfurları ilə dolu idi, həmçinin polisləri belə cəlb etmişdilər.
Müşahidə etdiyim bir neçə texnika mövqelərdə gizlədilmişdi. “İrəli” əmrini gözləyirdim. Nəhayət ki, o irəli komandası gəldi.
Düşmən artıq duyuq düşmüşdü. Meşədə olduğumuz ərazi minaatan və ağır haubitsalardan atəşə tutulurdu.
Məskunlaşdığımız yeri bilməsələr də ətrafımızı darmadağın etmişdilər. Mən taborumla birgə Laçın koridoruna yaxşnlaşdıq.
Onlar strateji yüksəkliklərdə idilər, daş belə atsalar bizə dəyəcəkdi. Düşmən bizim olduğumuz yeri güllə yağışına tutmuşdu.