Şuşa Zəfər Muzeyinin layihəsi 1 milyona başa gələcək

17.09.2025

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şuşada Zəfər Muzeyinin layihələndirilməsinə (tikinti üzrə layihə-smeta sənədlərinin hazırlanmasına) və məzmununun hazırlanmasına başlanılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC birbaşa satınalma həyata keçirib. 
Layihələndirmə işlərini İtaliyanın "ArtCloud Network International s.c.r.l" şirkəti həyata keçirəcək. İşlər 1 milyon manata başa gələcək. (Report.az)
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью