Şuşada 37 milyon manata yeni yaşayış binaları tikiləcək

20.11.2025

Icma.az, Modern.az saytına istinadən bildirir.

Şuşada yeni yaşayış binalarının tikintisi üzrə tender elan edilib.

Modern.az xəbər verir ki, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” 36,6 milyon manatlıq tikinti və abadlıq işlərinin satın alınması üçün müsabiqə elan edib.

Banker.az xəbər verir ki, satınalma Şuşa şəhərinin D-3 massivində yerləşən 2-ci mərhələ çərçivəsində inşa ediləcək 7 yeni yaşayış binasının tikintisi və ərazinin abadlaşdırılması işlərini əhatə edir.

Tikinti və abadlıq işlərinin ümumi ehtimal olunan dəyəri 36.671.544 AZN təşkil edir. (Mənbə: banker.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью