Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq.
SİA xəbər verir ki, bununla bağlı "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanuna dəyişiklik edilməsi təklif olunub.
Layihə parlamentin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Məlumat verilib ki, qanun layihəsi Şuşa şəhərində abidələrin qorunması ilə bağlı müddəanın dəqiqləşdirilməsi ilə əlaqədar Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Mədəniyyət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" müvafiq qanunvericiliyə uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.
Sənəddə abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan edilir.
Qeyd olunub ki, təklif olunan dəyişikliklərin qəbulu normativ hüquqi aktlar arasında uyğunluğun təmin olunmasına xidmət edəcək.
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Azərbaycan və Vyetnam cinayət işləri üzrə qarşılıqlı yardım haqqında müqavilə layihəsi hazırlayıb
Ermənistan seçkilərində demokratik prosedurlar "tapdalanıb" - Rusiya XİN
İranın xarici aktivləri, yoxsa müharibə? - AKTUAL
Ceyhun Bayramov İstanbulda Hakan Fidanla görüşüb
Qərb Paşinyanı SEÇDİRDİ - Putinin cavabı nə olacaq?
"Ermənistanda seçkilər müxalifətin zəifləməsini göstərdi" - ŞƏRH EDİLDİ
"15 iyun milli sabitliyin bərpa olunduğu tarixdir" - TARİXÇİ DANIŞDI
Müxalifət Baş naziri günahlandırdı
Paşinyan qələbə, yoxsa mündat qazandı? - ANALİZ
“Rusiya–Ukrayna müharibəsi strateji tükəndirmə mərhələsindədir” -POLİTOLOQ DANIŞDI