“Şuşada anamın ruhunu çağırırdım, həyətimizi bölmüşdülər” Flora Kərimova

07.11.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Şuşa haqda danışa bilmirəm. Kövrəlirəm, ağlayıram. Şuşa Azərbaycanın görən gözü, yaşayan incisidir. Şuşa igidlərimizin, qəhrəmanlarımızın döyüş rəmzidir. Cənab prezident, Ali Baş Komandan İlham Əliyev Şuşanın mənasını, rəmzini özünə geri qaytardı. Mən qəhrəmanlarımıza, ölkə başçımıza, qazilərimizə təşəkkür edirəm, şəhidlərimizin ruhunu ehtiramla yad edirəm. Mən prezidentimizə bir ana, bir bacı, uzun illər Şuşa həsrəti çəkən bir insan kimi borcum var. Mən Şuşanı bizə bağışlayan, başımızı ucaldan qəhrəmanlarımıza borcluyam”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Flora Kərimova deyib. O daha sonra Şuşa ilə bağlı xatirələrini bölüşüb:

“İllər sonra Şuşaya getmək, orada “Xarıbülbül” festivalında tamaşaçı kimi iştirak etmək mənim alın yazım oldu. Çox sevindim ki, Şuşaya ilk gedənlər məhz şuşalılar oldu. Şuşada anamın ruhunu çağırırdım (kövrəlir). Mənim uşağlığım Şuşada keçib. Oradan bir yol var idi, düz gəlib bizim qapımıza çıxırdı. Şirin dilləri, ləhçələri var idi. 7-8 yaşımız olanda bütün Şuşanı gəzirdik. Həbsxananın yanından keçirdik. Oradakı daşlarda sürüşürdük. Həbsxanadakı insanlarla söhbət edirdik, bizi min bir dillə dindirirdilər. Baba-nənəmin həyəti böyük idi. Şuşaya gedəndə gördüm ki, oranı parça-parça bölüblər. Yaşayış var idi. Ermənilər bilirdilər ki, Şuşanı nə vaxtsa tərk edəcəklər. Oranı bərpa edib, təmir etdirməkdənsə necə var idisə elə də saxlamışdılar. Bütün xalqın bayramını ürəkdən təbrik edirəm. Zəfərimiz əbədi, əzəli olsun! Millətimizə əmin-amanlıq, sülh, zəfər yaraşır” deyə sənətkar bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью