Şuşada bayram namazı: Bu dəfə onlar da iştirak etdi

30.03.2025

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İşğaldan azad olunmuş Şuşa şəhərində Ramazan ayının başa çatması münasibətilə bayram namazı qılınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında ötən illərdəkindən fərqli olaraq Şuşaya köçmüş sakinlər də iştirak ediblər.

Bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью