“Şuşada bir gün” adlı tədbir keçirildi

26.08.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ DOST Evi şöbəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Şuşada bir gün” adlı tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə keçirilən tədbirdə Qarabağ DOST Evinin həssas kateqoriyalardan olan benefisiarları, onların valideynləri və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri iştirak ediblər.

Tədbir çərçivəsində həssas kateqoriyalardan olan uşaq və gənclərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib. İştirakçılar təsviri incəsənət, bədii oyma, toxuma və tikmə istiqamətləri üzrə təşkil olunan master-klaslarda iştirak edərək praktiki bacarıqlar əldə ediblər.

Proqramın davamında onlar üçün Üzeyir Hacıbəylinin ev-muzeyinə və Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına ekskursiya, Şuşa şəhərinin mərkəzi meydanı ilə tanışlıq məqsədilə infotur da təşkil edilib.

Tədbirin sonunda “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən iştirakçılara xatirə hədiyyələri təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью