Şuşada daha 10 bina tikiləcək İşlərin dəyəri 49 milyon manatdır

29.05.2025

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" Şuşa şəhərində D-3 yaşayış massivində nəzərdə tutulan yaşayış binalarının tikinti işlərinin satınalınmasına başlayıb.

Teleqraf xəbər verir ki, 1-ci mərhələdə 10 binanın tikilməsi nəzərdə tutulub. İşlərin ehtimal olunan qiyməti 49 milyon 129 min 815 manatdır.

Təkliflərin son təqdim olunma tarixi iyulun 17-dir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью