Şuşada ən çox hansı ölkələrdən gələn turistlər qalıb? Siyahı

04.05.2025

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Bu ilin yanvar-mart ayları ərzində xarici ölkələrdən Azərbaycana gələn turistlər Şuşada 102 gecə keçiriblər.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əcnəbi turistlər arasında ən çox Türkiyə vətəndaşları Şuşa şəhərində gecələyiblər.
Bu ilin ilk 3 ayında Türkiyə vətəndaşları Şuşada 50 gecə keçiriblər. Ən az gecə keçirənlər isə Pakistan vətəndaşları olub – cəmi 3 gecə.
Qeyd edək ki, əcnəbi turistlərin Şuşa şəhərində keçirdiyi gecələmələrin ölkələr üzrə sayı aşağıdakı kimi olub:
Türkiyə – 50 gecə;
Qazaxıstan – 12 gecə;
Ukrayna – 9 gecə;
Rusiya – 7 gecə;
Gürcüstan – 6 gecə;
Pakistan – 3 gecə;
Digər ölkələr – 15 gecə.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью