Şuşada hərbi yürüşü keçirildi

08.11.2024

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.

Şuşa şəhərində 8 Noyabr - Zəfər Günü münasibəti ilə hərbçilərin yürüşü keçirilib.

Bakupost.az xəbər verir ki, şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edib.

Şəhərin mərkəzindən başlayan bayram yürüşündə yerli ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər və tələbələr də iştirak ediblər.

Zəfər yürüşü qala divarlarının yanında başa çatıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью