Şuşada İslam dünyasının Gənclər Paytaxtının bağlanış mərasimi keçirilib

02.12.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şuşa şəhərində İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanış mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə İƏT-ə üzv və müşahidəçi ölkələrin 300-ə yaxın rəsmi nümayəndəsi, gənclər və könüllülər iştirak edir.

Gənclər və idman nazirinin müşaviri Ramil Cabbarov tədbirin əhəmiyyəti və Şuşanın tarixi haqqında məlumat verib:

"Sizləri İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı"nın bağlanış mərasiminin salamlama tədbirində görməkdən qürur duyuruq. İslam ölkələrinin gənclərinin Azərbaycana səfəri dekabrın 1-6-sı tarixlərini əhatə edəcək".

Həmçinin, Şuşa şəhərində "Şuşa Beynəlxalq Gənclər Festivalı", "Şuşa yaradıcılıq emalatxanası", "İslam dünyası gənc klassik musiqi ifaçılarının Beynəlxalq Festival- Müsabiqəsi", "Yaradıcılıq marafonu", "Oyun texnologiyaları mövzusunda sammit-G-Hub", "SİNA - İslam ölkələrinin gənc alimlərinin forumu", "İƏT ölkələrinin Gənclər Təşkilatlarının Forumu" təşkil olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev 17 aprel 2024-cü il tarixində "Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью