Şuşada konsert keçiriləcək, atəşfəşanlıq olacaq

08.11.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şuşa şəhərində Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, “Şuşa hotel”də şəhərin rəssamlarından ibarət rəsm sərgisi təşkil olunub.

Sərgilənən rəsmlər əsasən Şuşanın tarixi, mədəni və təbiət abidələrini əks etdirir.

Qeyd edək sərgi gün boyu davam edəcək.

Həmçinin bayram münasibətilə Şuşa şəhərində konsert proqramı və atəşfəşanlığın təşkili nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью