Şuşada konsert proqramı təşkil olundu

18.11.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 18-ə Şuşa şəhərində “Şuşa – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər.

Tədbir çərçivəsində İƏT-ə üzv dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə turizm sərgisi təşkil olunub. Sərgidə hər bir ölkə öz stendi ilə təmsil olunaraq turizm potensialını, mədəni irsini və turizm imkanlarını təqdim edib.

Bununla yanaşı, tədbirlər planı çərçivəsində cari il ərzində Şuşa şəhərində keçirilən tədbirlərə dair hesabat xarakterli təqdimat nümayiş etdirilib.

Bağlanış mərasimində "İƏT-in turizm paytaxtı" statusu Pakistanın Lahor şəhərinə təhvil verilib.

Mərasim mədəniyyət və konsert proqramı ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью