Şuşada növbəti əmək yarmarkası keçiriləcək

02.04.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 2 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Şuşa şəhərində növbəti dəfə əmək yarmarkası keçirəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yarmarka aprelin 4-də saat 10:00-da Şuşadakı Dövlət Xidmətləri Mərkəzinin inzibati binasında (Şuşa şəhəri, Zəfər küçəsi, 3) təşkil olunacaq.

Tədbirdə təhlükəsizlik üzrə qrup rəhbəri, bağban, komendant, elektrik və s. işlər üzrə vakansiyalar təqdim ediləcək və həmin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью