Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana səfər edən əcnəbilər işğaldan azad olunan rayonlarda 2 614 gecə keçiriblər.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əcnəbilər ən çox Şuşa şəhərində gecələyiblər.
Belə ki, yanvar-sentyabr aylarında əcnəbilər Şuşada 2 025 gecə keçiriblər.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə əcnəbilər Şuşada 2 647 gecə qalıblar. Şuşaya səfər edən əcnəbilər yalnız otellərdə qalıblar. Şuşadan başqa, işğaldan azad olunmuş digər rayonlardan yalnız Laçın və Zəngilan rayonlarında gecələmə olub. Yanvar-sentybar ayında əcnəbilər Zəngilanda 469, Laçında isə 120 gecə qalıblar.
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Xocavənd, Xocalı, Ağdərə rayonlarında və Xankəndi şəhərində əcnəbilər bir gecə belə qalmayıblar.
Elnur Əli