Şuşada “Şirin su” hamamından fotolar

05.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Heydər Əliyev Fondu tərəfindən Şuşada “Şirin su” hamamı bərpa olunub.

"Cebheinfo.az" xəbər verir ki, bu haqda Heydər Əliyev Fondu sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda qeyd edilir, “Şirin su” hamamı 1880-ci ildə inşa edilib və Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi şirin su ilə təchiz edilib. Şuşa şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra “Şirin su” hamamında abidənin memarlıq üslubuna aid olmayan dəyişikliklər edilib, əlavə tikililər aparılıb, hamam yararsız vəziyyətə salınmışdı. Bərpa işləri zamanı ilkin hamama aidiyyəti olmayan hissələr sökülüb, bütün xarici və daxili hissələr bərpa edilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью