Şuşada “Son zəng” keçirilib FOTO

13.06.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Şuşa şəhərində "Son zəng" keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 13 iyunda Şuşa şəhər 1 nömrəli tam orta məktəbində keçirilən "Son zəng" tədbirində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul şəxsləri, şəhid ailələri, qazilər və müəllim-şagird kollektivi, valideynlər iştirak edib.

Tədbirdə çıxış edənlər məzunları "Son zəng" münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayıblar.

"Son zəng" tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью