Şuşada yaşayış evinin təmiri üçün 1 milyondan çox vəsait ayrıldı

18.08.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" Publik Hüquqi Şəxsi Şuşada yerləşən yaşayış evinin əsaslı təmiri və bərpası ilə bağlı layihə həyata keçirir.

"Yeni Sabah" xəbər verir ki, təmir-bərpa işləri "AQROMAN" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub. Bağlanmış müqaviləyə əsasən, şirkət Şuşa şəhəri, Sadıqcan küçəsi, giriş 8 ünvanında yerləşən yaşayış evinin əsaslı təmiri və bərpasını icra edəcək. Satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 1 379 144,67 AZN təşkil edir.

Qeyd edək ki, sözügedən şirkət 2020-cii ldə təsis edilib və nizamnamə kapitalı 10 manat təşkil edir. pizza sifarişi


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью