Şuşada yerli rəssamların sərgisi açılıb FOTOLAR

08.11.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şuşa şəhərlərində yerli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, sərgi şəhərin "Şuşa" hotelində təşkil olunub.

Sərgilənən rəsm əsərlərində Şuşanın tarixi, mədəni və təbiət abidələri əks olunub.

Qeyd edək ki, Zəfər Günü ilə əlaqədar tədbirlər Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə keçirilir.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью