Şuşada Zəfər Günü belə keçirildi | Icma.az
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şuşada 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil olunan silsilə tədbirlərin davamı olaraq İnzibati binanın qarşısında təntənəli konsert keçirilib.
Globalinfo.az Report-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəliyinin əməkdaşları, millət vəkili Polad Bülbüloğlu, şəhər sakinləri iştirak ediblər.
Konsertdə Respublikanın əməkdar artisti Mətanət İsgəndərli, Fikrət Əmirov adına Dövlət Rəqs Ansamblı, Gülay Zeynallı və digər müğənnilər musiqili proqramla çıxış ediblər.
Şəhərin mərkəzi meydanında təşkil edilən konsert proqramına şəhər sakinlərinin marağı böyük olub. Tədbirin yekununda atəşfəşanlıq olub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu