Şuşada Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirildi KONKRET

08.11.2024

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şuşa şəhərində 8 Noyabr – Zəfər Günü münasibəti ilə hərbçilərin yürüşü keçirilib.

KONKRET.az xəbər verir ki, şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edib.

Şəhərin mərkəzindən başlayan bayram yürüşündə yerli ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər və tələbələr də iştirak ediblər.

Zəfər yürüşü qala divarlarının yanında başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью