Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şuşa şəhərində 8 Noyabr - Zəfər Günü münasibəti ilə hərbçilərin yürüşü keçirilib.
Ölkə.az-ın "Report"a istinadən xəbər verir ki, şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edib.
Şəhərin mərkəzindən başlayan bayram yürüşünə yerli ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər və tələbələr də iştirak ediblər.
Zəfər yürüşü qala divarlarının yanında başa çatıb.