Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Şuşada mədəni həyat tam bərpa olunub".
Bakıvaxtı.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mətbuat konfransında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
O bildirib ki, Şuşa hazırda mədəniyyət mərkəzi kimi yenidən canlanır və hər kəs üçün ziyarətə açıqdır. Nazir müavininin sözlərinə görə, işğaldan azad olunandan sonra Prezidentin tapşırığı ilə Şuşa daxil olmaqla bütün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır.
F.Cəfərov qeyd edib ki, hökumət həmin ərazilərin maddi və qeyri-maddi mədəni irsini beynəlxalq səviyyədə tanıtmağa çalışır:
"2023-cü ildə Şuşa Türk dünyasının, 2024-cü ildə isə ICESCO tərəfindən İslam dünyasının mədəniyyət paytaxtı elan edilib ki, bu da şəhərin beynəlxalq nüfuzunu daha da artırıb".
Nazir müavini vurğulayıb ki, Şuşa artıq işğaldan əvvəl olduğu kimi beynəlxalq musiqi festivallarına və ədəbiyyat tədbirlərinə ev sahibliyi edir. Bundan əlavə, şəhər digər ölkələrin şəhərləri ilə qardaşlaşma sazişləri imzalayaraq beynəlxalq əlaqələrini genişləndirir.
Zeynəb Rzayeva