Şuşadan ilk beynəlxalq poçt göndərişi olub

10.07.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

MTP ("Most Traveled People") klubunun səyyahı Devid Cozef Lanqan ilk dəfə Şuşa şəhərindən birbaşa İrlandiya, Kanada və ABŞ-yə poçt açıqcaları göndərib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu, Şuşa şəhərinin azad edilməsindən sonra ilk beynəlxalq poçt göndərişi olub.

Bundan başqa, klubun səyyahı Rhodora Burton Leqaspi ilk dəfə Şuşadan Nyu-Yorka açıqca göndərib.

Açıqcalar şəhərin poçt şöbəsindən göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью